
Bakı. Trend:
Noyabrın 11-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki
dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Trend
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən
borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti
üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

