
Bakı. Trend:
Filippində “Funq-Vonq” adlı super tayfun nəticəsində ölənlərin
18-ə çatıb.
Trend xəbər verir
ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, ölənlərin əksəriyyəti torpaq sürüşmələri
nəticəsində həlak olub. Ümumilikdə ölkə ərazisində 28 nəfər xəsarət
alıb, iki nəfər isə itkin düşmüş sayılır.
“Funq-Vonq” super tayfunu Filippinə noyabrın 9-da daxil olub.
Fövqəladə vəziyyətlə əlaqədar sahilyanı ərazilərdən 1,4 milyondan
çox insan təxliyə edilib.

