
Bakı.Trend:
Bir neçə gün əvvəl Rusiya paytaxtı üzərində görünmüş kosmik
obyektin meteorit olduğu və onun yerə düşdüyü müəyyən edilib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiyanın V.İ.Vernadski adına
Geoloji-kimya və analitik kimya institutunun alimləri veriblər.
Məlumata görə, ulduzlararası obyektin qalıqları laborator
müayinəyə göndərilib və ilkin araşdırmalar nəticəsində meteoritin
adi xondritlərə (daş meteoritlər) aid LL6 qrupu növünə daxil olduğu
müəyyən edilib.
“Hazırda yeni materialların axtarışı və tədqiqatlar davam
etdirilir”, – institutdan bildirilib.
Meteoritin konkret hansı əraziyə düşdüyü barədə məlumat
verilmir.

