
Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən
həyata keçirilən tədbirlər nəticəsində dərman preparatlarının
qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı
alınıb.
Trend xəbər
verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
məlumat yayıb.
Belə ki, İstanbul–Gəncə aviareysi ilə gələn Azərbaycan
Respublikası vətəndaşına məxsus əşyalar Gəncə Beynəlxalq
Aeroportunun gəliş zalında rentgen aparatından keçirilən zaman
monitorda şübhəli əşyaların təsviri müşahidə olunub.
Yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisində əvvəlcədən
gömrük nəzarətinə təqdim edilməyən, eləcə də şifahi, elektron və ya
yazılı formada bəyan olunmayan, üstü şirniyyat ilə örtülmüş
qutularda xüsusi üsulla gizlədilən, hər biri 10 həb olmaqla,
ümumilikdə 645 konvolyut “Lioresal” markalı dərman preparatı aşkar
edilib.
Faktla bağlı araşdırma aparılır.

