İlk 10 ayda aktiv məşğulluq tədbirləri ilə əhatə olunan şəxslərin sayı açıqlandı

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi bu ilin 10 ayında 491,8 min şəxsi aktiv
məşğulluq tədbirləri ilə əhatə edib.

Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.




Bildirilib ki, onlardan 158 min şəxs münasib işlərlə təmin
olunub, 16,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları
üçün özünüməşğulluq proqramına cəlb edilib.

Yanvar-oktyabr aylarında 15,5 min işsiz şəxs üçün isə peşə
hazırlığı kursları təşkil olunub, 302 min şəxsə peşəyönümü
xidmətlər göstərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir