Güclü maqnit qasırğası gözlənilir – Bu tarixdə

Baş səhifə

Bakı. Trend:

Yerə plazma buludlarının yaxınlaşması ilə əlaqədar noyabrın
12-də Yerdə çox güclü maqnit qasırğaları gözlənilir. G4 (çox
güclü-red.) səviyyəli maqnit qasırasğı il ərzində sayca üçüncü belə
qasırğa olacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının
Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası
məlumat yayıb.




“Təkrar hesablamalar noyabrın 11-dən 12-ə keçən müddətdə,
Günəşdə 9-10 noyabr tarixlərində baş vermiş yüksək səviyyəli
partlayışlardan sonra Yerə ard-arda iki günəş plazması kütləsinin
yaxınlaşdığını təsdiqləyir. Model hesablamalar göstərir ki, iki
“zərbə” arasında bir neçə saatlıq interval olacaq.

Birinci hadisənin təsiri bu gün Moskva vaxtı ilə saat
18:00–20:00 (Bakı vaxtı ilə 19:00-21:00) aralığında başlayaraq
G1–G2 səviyyəsində qasırğalar və Yer kürəsinin şərq yarımkürəsində
intensiv qütb parıltıları yaradacaq, ikinci – daha güclü – plazma
buludu isə planetə gecə və ya noyabrın 12-si səhər saatlarında çata
bilər və G3–G4 diapazonunda maqnit qasırğasının zirvəsini
formalaşdıracaq”, – məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir