ƏMAS-da işdən qısamüddətli icazələrin e-rəsmiləşdirilməsi imkanı yaradılıb

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və
Məşğulluq” altsisteminin “İşəgötürən və işçi arasında rəsmi
yazışmalar” bölməsində işdən qısamüddətli icazələrin
e-rəsmiləşdirilməsi imkanı da yaradılıb.

Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, yeni funksionallıq işəgötürənlər üçün prosesi
sadələşdirərək onun idarə olunması imkanlarını genişləndirib.




Belə ki, işəgötürənlər icazə limitlərinin təyin edilməsi zamanı
“Xidməti icazə işçilərin saat limitindən hesablansın?” bölməsində
“Bəli” və ya “Xeyr” seçimləri vasitəsilə bu funksionallığı aktiv və
ya deaktiv edə bilirlər.

Xidmət aktiv olduqda, bu müddət “Xidməti” icazə kimi qeydə
alınır və işçinin ümumi icazə saatlarına daxil edilmir.

Yeni imkan işçi və işəgötürənlər arasında rəsmi yazışmaların
daha çevik və şəffaf şəkildə aparılmasına, həmçinin daxili əmək
proseslərinin rəqəmsal şəkildə daha səmərəli idarə olunmasına
şərait yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir