“Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit
hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, zabit və müəllim heyətinin iştirakı ilə keçirilən
tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda
canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.




Tədbirdə çıxış edən Azərbaycan Ordusunun Təlim və Tədris
Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov gənc zabitləri Müdafiə
Nazirliyinin rəhbərliyi adından “leytenant” hərbi rütbəsinə layiq
görülmələri münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində
uğurlar arzulayıb.

Sonra məzunlara sertifikatlar təqdim olunub, kurs birincisi
leytenant Rahidə Şahverdiyeva tərəfindən yaş kötüyünə rəmzi emblem
vurulub.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin
yaradıcı kollektivinin çıxışları ilə sona çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir