Avropa Komissiyası geosiyasi risklərlə bağlı kəşfiyyat bölməsi yaratmağı nəzərdən keçirir

Baş səhifə

Avropa Komissiyası geosiyasi risklər fonunda kəşfiyyat bölməsi yaratmağı nəzərdən keçirir.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissyasının mətbuat xidməti bildirib.

“Biz geosiyasi və geoiqtisadi çağırışların çox olduğu bir mühitdəyik. Komissiya da buna görə özünün təhlükəsizlik və kəşfiyyat potensialını artırmağın yollarını axtarır”, Avropa Komissiyası bəyan edib.

Qeyd edək ki, bundan əvvəl “Financial Times” qəzeti Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin rəhbərliyi altında yeni bir kəşfiyyat bölməsinin yaradılması prosesinin başladığı barədə yazı dərc etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir