
Bakı. Trend:
Çin Estoniya ilə yaxşı münasibətlərinin olmağını istəyirsə
Rusiyaya dəstəyi dayandırmalıdır.
Trend xəbər verir
ki, bunu Estoniyanın XİN rəhbəri Marqus Tsaxna bildirib.
“Əsas vəzifəm Çin xarici işlər nazirinə bildirmək idi ki, Rusiya
Avropa və Estoniyanın mövcudluğuna təhlükəsi yaradır. Mən ona
xatırlatdım ki, Çin olmasa, Rusiya Ukraynaya qarşı təcavüzü həyata
keçirə bilməzdi. Rəqəmlər bunu təsdiqləyir və Rusiyanın iqtisadi və
siyasi nəzarətinin kimin əlində olduğunu açıq şəkildə demək
lazımdır. Əgər Çin Estoniya ilə yaxşı münasibətlər saxlamaq
istəyirsə, bu məsələlər həll edilməlidir”, – Tsaxna bildirib.
Qeyd edək ki, Estoniyalı nazir Tsahkna keçən həftə Çinə rəsmi
səfərdə olub – bu, son 10 ildə Estoniya xarici işlər nazirinin bu
ölkəyə ilk səfəri idi.

