Prezident qəza ilə bağlı Əli Əsədova tapşırıq verdi

Baş səhifə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə əlaqə saxlayıb.

Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədov ölkəmizin qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq heyətinin həmin əraziyə göndərməyə və digər lazımi dəstək tədbirlərini görməyə hazır olduğunu bildirib.

Gürcüstan tərəfi bu dəstəyə görə təşəkkürünü bildirib, hazırda Gürcüstanın aidiyyəti qurumlarının nümayəndələrinin ərazidə çalışdığını qeyd edib. Söhbət zamanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Gürcüstan həmkarları ilə təmasda olduqları vurğulanıb.

Tərəflər faciə ilə əlaqədar təmasların davam etdirilməsini razılaşdırıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir