Türkiyənin daxili işlər naziri gürcüstanlı həmkarı ilə C130 təyyarəsi qəzasını müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcü həmkarı Gela
Geladze ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu
barədə Ali Yerlikaya “X” sosial şəbəkə hesabında paylaşım edib.

Nazir Azərbaycandan Türkiyəyə uçan C130 yük təyyarəsinin
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin
hüznlə qarşıladığını bildirib.




O, axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə
məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində
qəzaya uğrayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir