Azərbaycan nümayəndəsi NATO Baş katibinin köməkçisi ilə görüşüb

Baş səhifə

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruqe ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin “X” səhifəsində məlumat verilib.

Cəfər Hüseynzadə NATO nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu nəticələri barədə Boris Ruqeni məlumatlandırıb.

Tərəflər Azərbaycan və NATO arasında əməkdaşlığın müsbət dinamikasını məmnunluqla qarşılayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir