ABŞ-də Qələbə Günü münasibətilə informasiya kampaniyası keçirilib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-də Qələbə Günü münasibətilə genişmiqyaslı informasiya
kampaniyası təşkil olunub.

Trend-in
məlumatına görə, Vaşinqton, Nyu-York, Atlanta, Detroyt və Boston
şəhərlərinin küçələrində LED ekranlı avtomobillər hərəkət edib.
Avtomobillərin üzərində “Qürur və cəsarətlə 5 il”, “Azərbaycanın
qələbəsi ədalətin təntənəsidir”, “Qarabağ sülh və ümid diyarıdır”, “Qafqazda davamlı sülh naminə” və digər mesajlar nümayiş
etdirilib.




Nəqliyyat vasitələri Ağ Ev, Kapitoli binası, BMT-nin qərargahı,
Tayms Meydanı, Uol Strit, Bruklin Körpüsü, eləcə də Atlanta və
Detroyt şəhərlərinin mərkəzi ərazilərində görünüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir