Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefon danışığı aparıb

Baş səhifə

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin
Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan
Respublikasının fövqəladə hallar naziri, general-polkovnik
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilə
telefon danışığı aparıb.

Trend xəbər verir
ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Söhbət zamanı baş vermiş faciə ilə bağlı vəziyyət müzakirə
olunub. Kəmaləddin Heydərov Prezident İlham Əliyevin tapşırığına
əsasən, Azərbaycan FHN-in qüvvələrinin axtarış-xilasetmə
əməliyyatına dərhal qoşulmağa və müvafiq dəstək tədbirləri görməyə
tam hazır olduğunu bildirib.

Gürcüstan daxili işlər naziri Gela Geladze təşəkkür edərək qeyd
edib ki, ehtiyac yarandığı təqdirdə sərhəddə hazır vəziyyətdə
gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara
cəlb edilməsi üçün müraciət olunacaq.

Məlumata görə, iki qurum arasında təmaslar davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir