Təyyarə qəzasını müzakirə etdilər

Baş səhifə

Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Hakan Fidan ilə Maka Boçorişvili arasında telefon danışığı olub.

Modern.az Türkiyə XİN-ə istinadən xəbər verir ki, danışıq zamanı Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyəyə məxsus hərbi yük təyyarəsi ilə bağlı həyata keçirilən axtarış-xilasetmə işləri barədə məlumat mübadiləsi aparılıb.

Gürcüstanın xarici işlər naziri Boçorişvili hadisə ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir