
Bakı. Trend:
Azərbaycan karateçisi Roman Heydərov Səudiyyə Ər-Rəbistanının
paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında
bürünc medal qazanıb.
Trend xəbər verir
ki, yarımfinalda Heydərov Küveyt idmançısına məğlub olsa da, bürünc
medal uğrunda görüşdə BƏƏ karateçisini məğlub edərək podiuma
çıxıb.

