Milli Məclisin sədri Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə məxsus hərbi yük
təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Türkiyə Böyük Millət
Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.

Trend xəbər verir
ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsi məlumat yayıb.

Milli Məclis sədri bununla bağlı TBMM sədrinə ünvanladığı
başsağlığı məktubunda Gəncədən qalxan və Türkiyə Hərbi Hava
Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində
qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə
xəbərdən sarsıldığını bildirib. Spiker Sahibə Qafarova, TBMM-in
sədrinə və deputatlarına, həlak olanların ailələrinə və
yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin
deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara
Allahdan rəhmət diləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir