
Bakı. Trend:
Pakistanın İslamabad və Vana şəhərlərində baş verən, çoxsaylı
insan ölümü və yaralanması ilə nəticələnən terror aktları xəbəri
Azərbaycanı dərin kədərləndirib.
Trend-in
məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin
yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunur: “Həlak olanların ailələrinə, eləcə də
qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı
veririk. Yaralananların hamısına tezliklə şəfa diləyirik.”
Azərbaycan Xarici İşlər Nazirliyi vurğulayıb ki, Azərbaycan
terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə
Pakistanla tam həmrəydir.

