Azərbaycan XİN Pakistana başsağlığı verdi

Baş səhifə

Pakistanın İslamabad və Vana şəhərlərində baş verən və çoxsaylı insan tələfatına səbəb olan terror aktı xəbərindən dərin kədər hissi keçiririk.

Metbuat.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımında yer alıb.

“Bu dəhşətli terror aktlarını qətiyyətlə pisləyir və qurbanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə sağalmalarını arzulayırıq.

Azərbaycan bütün forma və təzahürlərində terrorizmlə mübarizədə Pakistanla tam həmrəydir”, – paylaşımda deyilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir