Britaniya ABŞ ilə Karib dənizi ilə bağlı kəşfiyyat məlumatlarını paylaşmağı dayandırıb

Baş səhifə

Böyük Britaniya Karib dənizində narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərin hərəkəti barədə kəşfiyyat məlumatlarını ABŞ-a verməyi dayandırıb.

APA xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu addım Londonun ABŞ-ın dənizdə gəmilərə zərbə endirməsinə qarışmaq istəməməsi ilə bağlıdır. Çünki Böyük Britaniya bu hücumları qanunsuz hesab edir.

Qeyd olunur ki, Böyük Britaniya uzun illərdir ABŞ Sahil Mühafizəsinin şübhəli gəmiləri saxlaya bilməsi üçün bu cür kəşfiyyat məlumatlarını Vaşinqtonla bölüşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir