Türk Dövlətləri Təşkilatı Türkiyəyə C-130 təyyarəsi qəzası ilə bağlı başsağlığı verib

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyə Hərbi Hava Qüvvələrinə
məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması
ilə bağlı Ankaraya başsağlığı verib.

Trend xəbər verir
ki, bu barədə təşkilatın “X” hesabındakı paylaşımında qeyd
olunub.

Paylaşımda bildirilir: “Azərbaycandan Türkiyəyə qayıdan hərbi
yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması barədə xəbəri kədər
hissi ilə öyrəndik.




Axtarış-xilasetmə işləri davam edir və xilas edilənlərlə bağlı
xəbəri səbirsizliklə gözləyirik.

Bu faciəli qəzada şəhid olanlara Allahdan rəhmət diləyir,
ailələrinə, yaxınlarına və qardaş türk xalqına başsağlığı
veririk.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir