
Bakı. Trend:
Son günlər bəzi media resurslarında Mədəniyyət Nazirliyinin
fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən, rəsmi mənbələrə
əsaslanmayan saxta məlumatlar yayılmışdır.
Trend xəbər verir
ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada
bildirilib.
Nazirlik ictimaiyyətin etibarlı və dəqiq məlumatlandırılması
məqsədilə yalnız rəsmi açıqlamalara və təsdiqlənmiş məlumatlara
istinad edilməsini zəruri hesab edir.
Qeyd edirik ki, rəsmi təsdiqini tapmamış, qərəzli və dövlət
qurumunun nüfuzunu ləkələməyə yönəlmiş məlumatların yayımlanması
Azərbaycan Respublikasının qanunvericliyinin tələblərini pozmaqla
yanaşı, hüquqi məsuliyyət tədbirlərinin görülməsinə əsas
yaradır.

