Makron və Abbas Fələstin dövlətinin “konsolidasiya komitəsi”nin yaradılması barədə razılığa gəliblər

Baş səhifə

Fransa Prezidenti Emmanuel Makron və Fələstin lideri Mahmud Abbas Fələstin dövlətinin möhkəmləndirilməsi məqsədilə birgə “konsolidasiya komitəsi”nin yaradılması barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə Makron Parisdə Abbasla birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

“Bu gün biz Fələstin Dövlətinin möhkəmləndirilməsi üzrə birgə komitə yaratmaq qərarına gəldik. Komitə hüquqi, konstitusion, institusional və təşkilati məsələlərlə məşğul olacaq. O, həmçinin prezident Abbasın mənə təqdim etdiyi yeni konstitusiya layihəsinin hazırlanmasında iştirak edəcək,” – deyə Makron bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir