Rusiya Yaponiyanın 30 vətəndaşına ölkəyə girişinə qadağa qoyub

Baş səhifə

Rusiya 30 nəfər Yaponya vətəndaşının, o cümlədən Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Toşihiro Kitamuranın ölkəyə girişinə qadağa qoyub.

APA xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.

“Tokionun ölkəmizə qarşı davam edən sanksiya addımlarına cavab olaraq, bəzi Yaponya vətəndaşlarının Rusiya Federasiyasına girişinə müddətsiz qadağa qoyulması qərara alınıb,” – deyə açıqlamada qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir