
Bakı. Trend:
Amerikanın Google texnologiya şirkəti növbəti dörd il ərzində
Almaniyada layihələrə 5,5 milyard avro investisiya qoymağı
planlaşdırır.
Trend-in
məlumatına görə, bu barədə “Der Spiegel” jurnalı şirkətin Almaniya
əməliyyatlarının rəhbəri Filip Yustusun açıqlamasına istinadən
yazıb.
Vəsaitlərin Hessen federal torpağının Ditsenbax şəhərində yeni
məlumat mərkəzinin tikintisinə və Hanauda mövcud məlumat mərkəzinin
genişləndirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Bundan əlavə, Google Berlin, Münhen və Frankfurtda iştirakını
genişləndirəcək. Bu proqram Almaniyada şirkətin indiyə qədərki ən
böyük investisiyası hesab olunur və 2029-cu ilin sonuna qədər
ölkədə hər il təxminən 9000 yeni iş yerinin yaradılması
planlaşdırılır.

