NATO baş katibi Mark Rütte Türkiyəyə başsağlığı verib

Baş səhifə

Bakı. Trend:

NATO-nun baş katibi Mark Rütte qəzaya uğrayan Türkiyə hərbi
təyyarəsində şəhid olan hərbçilərlə bağlı Türkiyəyə başsağlığı
verib.

Trend-in
məlumatına görə, bu barədə baş katib “X” hesabında paylaşım
edib.




“Müttəfiqimiz Türkiyəyə və bu gün hərbi təyyarənin faciəvi
şəkildə qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə
ən dərin hüznlə başsağlığı veririk. Onların xidmətlərini böyük
ehtiramla yad edir, Türkiyə Silahlı Qüvvələrinin və bütövlükdə
Alyans daxilindəki bütün uniforma geyinmiş hərbçilərin bizim
təhlükəsizliyimiz üçün hər gün göstərdikləri fədakar fəaliyyətə
görə dərin minnətdarlığımızı bildiririk”, – deyə Mark Rütte
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir