Tokayev və Putin arasında qeyri-rəsmi görüş iki saat yarımdan çox davam edib

Baş səhifə

Bakı. Trend:

Kremldə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya
Prezidenti Vladimir Putin arasında qeyri-rəsmi görüş iki saat
yarımdan çox davam edib.

Trend xəbər verir
ki, bu barədə Qazaxıstan liderinin mətbuat katibi Ruslan Jeldibay
məlumat yayıb.

Jeldibay özünün Telegram kanalında yazıb: ” Kasım-Jomart Tokayev
və Rusiya Prezidenti Vladimir Putin arasında Kremldə qeyri-rəsmi
söhbət iki saat yarımdan çox davam edib”.




Tokayev 11 noyabrda dövlət səfəri ilə Moskvaya gəlib. Daha əvvəl
o, bəzi fikir və müşahidələrini qeyri-rəsmi şəkildə Putinlə
bölüşmək niyyətində olduğunu bildirib və Moskvada səmimi
qarşılanmaya görə Rusiya prezidentinə minnətdarlığını ifadə
edib.

Söhbət şam yeməyi zamanı davam edib. Səfər proqramının əsas
hissəsi isə 12 noyabr tarixinə planlaşdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir