
Bakı. Trend:
Macarıstan Milli Atom Enerjisi İdarəsi Paks Atom Elektrik
Stansiyasının 5-ci enerji blokunun meydançasında tikinti işlərinə
başlayır.
Trend xəbər verir
ki, birbaşa tikinti işləri 2026-cı ilin fevral ayında start
götürəcək.
“Rosatom” bildirib ki, alınan icazələr layihənin beynəlxalq,
Avropa və milli nüvə təhlükəsizliyi standartlarına tam
uyğundur.
Paks II Avropa İttifaqı ərazisində Rusiya tərəfindən hazırlanmış
müasir VVER-1200 reaktorlarından istifadə edən ilk obyekt olacaq.
Podratçı Macarıstan şirkətlərinin layihədəki payının 40 faizə çata
biləcəyi gözlənilir, həmçinin Avropa, Asiya və ABŞ-dan olan
podratçılar da əməkdaşlığa cəlb olunub.
Yeni enerji blokunun istismar müddəti 60 il nəzərdə tutulub,
daha sonra isə 20 ilədək artırıla bilər.

