
Bakı
Danimarka Ukraynaya ümumi dəyəri 1,4 milyard kron (220 milyon
ABŞ dolları) olan 28-ci hərbi yardım paketini təqdim edəcək.
Trend xəbər verir
ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin parlamentin Xarici
Əlaqələr Komitəsi ilə məsləhətləşmələrdən sonra yaydığı
press-relizdə bildirilib.
Yeni paket çərçivəsində Danimarka “Danimarka modeli” vasitəsilə
Ukraynanın öz hərbi-sənaye kompleksindən satınalma xərclərinin
maliyyələşdirilməsi üçün əlavə 100 milyon kron (15,5 milyon ABŞ
dolları) ayıracaq.
Bundan başqa, Amerika silahlarının PURL (Ukrayna Prioritet
Ehtiyaclar Siyahısı) mexanizmi ilə alınmasına 372,2 milyon kron
(57,7 milyon ABŞ dolları), NATO Dəstək və Təchizat Agentliyi (NSPA)
vasitəsilə yanacaq təchizatı üçün isə 80 milyon kron (12,4 milyon
ABŞ dolları) yönəldiləcək.
Nazirliyin məlumatına görə, 2025-ci ildə “Danimarka modeli” üzrə
maliyyələşmə 2,6 milyard kron (400 milyon ABŞ dolları), 2026 və
2027-ci illərdə isə hər biri 1 milyard kron (160 milyon ABŞ
dolları) həcmində olacaq.
Yeni yardım paketi ilə Danimarkanın Ukrayna Silahlı Qüvvələrinə
ümumi hərbi dəstəyinin məbləği 70 milyard kronu (10,87 milyard ABŞ
dolları) keçəcək.

