Endryu Robertson mövsüm sonunda “Liverpul”u tərk edəcək

Baş səhifə

Bakı. Trend:

Mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatacaq Endryu
Robertson Premyer Liqa nəhəngini tərk edəcək.

Trend xəbər verir
ki, şotlandiyalı sol cinah müdafiəçisi ölkəsinə, “Seltik” klubuna
qayıtmağı planlaşdırır və yayda transferin reallaşacağı gözlənilir.
Futbolçu artıq “ağ-yaşıllar”la ilkin danışıqlar aparıb.




Qeyd edək ki, “Liverpul” Robertsonu 2017-ci ilin yayında “Hall
Siti”dən transfer edib. Şotlandiya millisinin üzvü bu mövsüm
Mersisayd klubunun heyətində 12 rəsmi oyunda iştirak edib, 1 qol
vurub və 1 məhsuldar ötürmə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir