
Bakı. Trend:
Venesuela Prezidenti Nikolas Maduro parlament tərəfindən qəbul
edilmiş “Kompleks milli müdafiə komandanlığı haqqında” qanunu
imzalayıb.
Trend xəbər verir
ki, bu barədə dövlət başçısı “Venezolana de Televisión”
telekanalında çıxışı zamanı məlumat verib.
Maduronun sözlərinə görə, qanun ölkə konstitusiyasına əsasən,
milli səviyyədə, eləcə də hər bir ştat və respublikanın 335
bələdiyyəsində kompleks müdafiə komandanlıqlarının yaradılmasını
nəzərdə tutur.
Yeni komandanlığın əsas vəzifəsi Milli Bolivar Silahlı
Qüvvələrinin hər cür şəraitdə fəaliyyətə hazır olmasını təmin etmək
olacaq.

