
Bakı.Trend:
Bu gündən Sumqayıt şəhərini paytaxtla əlaqələndirən 500 nömrəli
marşrut xətti istifadəyə verilib.
Trend xəbər
verir ki, 500 nömrəli müntəzəm avtobuslar başlanğıcını Sumqayıt
şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürür,
Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan
qəsəbəsindən keçməklə hərəkət edir.
Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi
müəyyən edilib.
Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dək
fəaliyyət göstərir.
500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı
7-8 dəqiqə təşkil edir. Avtobuslarda ödənişlər nağdsız qaydada
həyata keçirilir, gedişhaqqı 0,80 AZN müəyyən edilib.

