
Göygöl rayonunda idarəetmədən çıxan avtomobilin ağaca çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki hadisə nəticəsində xəsarət alanlar – 2003-cü il təvəllüdlü Fuad Əsgərov, onun həmyaşıdı Elgün Tağıyev, 2002-ci il təvəllüdlü Hikmət Yusifov və onun qardaşı İsmət Yusifov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Vəziyyətlər kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

