
Bakı.Trend:
7-11 noyabrda Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində
keçirilən BMT-Turizmin İcraiyyə Şurasının 124-cü və 125-ci
sessiyalarında Azərbaycanın İcraiyyə Şurasına üzvlüyü təsdiq
olunub.
Trend xəbər
verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan nümayəndə heyəti, həmçinin təşkilatın
Baş Assambleyasının 26-sı sessiyasında iştirak edib.
Baş Assambleya iclası çərçivəsində Dövlət Turizm Agentliyinin
sədri Fuad Nağıyevlə Braziliyanın Turizm Nazirliyinin dövlət katibi
Ana Karla Maçado Lopes arasında görüş keçirilib. Görüş zamanı
“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə və
Braziliya Federativ Respublikasının Turizm Nazirliyi arasında
turizm sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu”
imzalanıb.
Fuad Nağıyevlə Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat və
turizm naziri Abdulla bin Touq Al Marri arasında keçirilən görüş
çərçivəsində isə turizm sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri
müzakirə olunub.
Qeyd edək ki, BMT-Turizmin Baş Assambleyasının 26-cı
sessiyasında təşkilatın yeni Baş katibi xanım Şaixa Əl Novais
təsdiq olunub.

