Vaşinqtonda əldə edilən razılaşmalar Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan mühüm tarixi nailiyyətlərdəndir – Fərhad Abdullayev

Baş səhifə

Bakı. Trend:

Vaşinqton razılaşmaları, əldə olunan tarixi nəticələr müasir
tariximizin mühüm siyasi hadisələrindən biri kimi nəzərdən
keçirilir.

Trend
xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev “Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 30 il
keçir” adlı məqaləsində qeyd edib.

O bildirib ki, bu razılaşmalar dövlətçiliyimizin, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli
diplomatiyasının və müdrik liderliyinin ən bariz
göstəricisidir.

“Bu səfər həm ikitərəfli münasibətlərin inkişafı, həm də
regional sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyətə
malikdir.




Vaşinqtonda əldə edilən razılaşmalar Dövlət başçısı cənab İlham
Əliyevin rəhbərliyi ilə qazanılan mühüm tarixi nailiyyətlərdən
biridir və onun məhz “Konstitusiya və Suverenlik İli”nə təsadüf
etməsi dərin rəmzi xarakter daşıyır.

Bu gün dövlətimiz bir çox sahələrdə yeni inkişaf tarixinə qədəm
qoyub. Azərbaycanın dövlət suverenliyi tam, ərazisi bütöv,
sərhədləri isə toxunulmazdır. Hazırda qarşıda duran ən önəmli
məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə bərpa və
yenidənqurma işlərinin həyata keçirilməsidir.

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və
quruculuq işləri bütövlükdə regionun iqtisadi və sosial inkişafında
yeni mərhələnin əsasını qoyub. Bu ərazilər bütün əsas
infrastruktur, yollar, elektrik, su, rabitə və digər zəruri
xidmətlərlə təmin edilir. Qarabağın zəngin təbiəti, əlverişli
iqlimi, kənd təsərrüfatı üçün geniş imkanları, turizm və sənaye
sahələrində böyük potensialı bu əraziləri investisiya baxımından
cəlbedici məkana çevirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq
prosesi sayəsində Qarabağ və Şərqi Zəngəzurda qabaqcıl
texnologiyalara əsaslanan yeni inkişaf modeli reallaşdırılır. Bu
prosesin ayrılmaz hissəsi kimi, yüzlərlə kilometr avtomobil və
dəmir yolları salınır, yeni tunellər, körpülər inşa olunur, “ağıllı
şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir,
beynəlxalq hava limanları inşa olunaraq istifadəyə verilir.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur eyni zamanda “yaşıl
enerji zonası” elan edilərək, burada günəş, külək və hidroenerji
layihələri sürətlə icra olunur”,- deyə qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir