
Bakıda 86 yaşlı qadın evinin hamamında yıxılaraq ölüb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində 1939-cu il təvəllüdlü Sevil Cəbrayıl qızı Hüseynova yaşadığı Hidayətzadə küçəsi ev 37 mənzil 21-in hamam otağında yıxılaraq kəllə-beyin travması alıb.
Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

