Konstitusiya xalqımızın milli mənafeyinə xidmət edir – Kamaləddin Qafarov

Baş səhifə

Bakı. Trend:

1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu
səbəbdən Azərbaycanın ilk Konstitusiyası Cümhuriyyətin süqutundan
və respublikamızın bolşevik Rusiyası tərəfindən işğalından sonra,
1921-ci ildə qəbul olunub.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, bundan sonra Sovet İttifaqının
dağılmasına qədər daha iki dəfə -1925-ci və 1978-ci illərdə SSRİ
Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyada Azərbaycan
Konstitusiyası qəbul olunub:




“Təbii ki, bu konstitusiyalar məhz SSRİ Konstitusiyasına
uyğunlaşdırılmış olduqlarına görə Azərbaycan xalqının milli
mənafeylərinə xidmət etmirdi. Bununla belə, 1969-1982-ci illərdə
Azərbaycan SSR-ə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev hələ o
dövrdə ana dilimizə dövlət dili statusu verilməsi faktının
Konstitusiyada təsbit edilməsinə nail olmuşdu. Ümummilli Lider
Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada
verilmişdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili
Azərbaycan dilidir”. Bununla Ulu Öndər illər sonra yenidən bərpa
olunacaq müstəqilliyimizin əldə olunmasında və qorunub
saxlanmasında əsas rol oynamış milli azərbaycançılıq
ideologiyasının formalaşdırılması istiqamətində ən önəmli
addımlarından birini atmış oldu”.

K.Qafarov müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk
Konstitusiyasının hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin
müstəsna rolunu xüsusi vurğlayıb:

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı
ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni
Konstitusiyasının hazırlanması oldu. 1995-ci il noyabrın 12-də
keçirilmiş referendumun nəticələrinə əsasən dövlətin Əsas Qanunu
1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Konstitusiyada dövlətin
müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq,
cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin
bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən
hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan
münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi
nailiyyətlər təsbit olunmuşdur. Bu tarixi hadisənin- müstəqil
dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının müstəsna
əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1
noyabr tarixli Fərmanına əsasən Azərbaycanda noyabrın 12-si
Konstitusiya Günü elan edilib. Yeni reallıqların tələblərinə cavab
verə bilmək və əldə olunmuş uğurların möhkəmləndirilmək məqsədilə
Azərbaycan Konstitusiyasında bir neçə dəfə- 2002-ci, 2009-cu və
2016-cı illərdə dəyişikliklər edilib və əlavələr olunub. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə
2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada
üçüncü dəfə edilmiş əlavələr və dəyişikliklər müxtəlif sahələri
əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti
orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan
hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq
və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin
məsuliyyətinin artırılmasına xidmət edir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir