Dağıdıcı “Funq Vonq” qasırğası Yaponiyaya doğru irəliləyir

Baş səhifə

Bakı. Trend:

Hazırda Tayvanda irimiqyaslı fəsadlara yol açan “Funq-Vonq”
qasırğası bu gün Yaponiyaya daxil olacaq.

Trend xəbər verir
ki, bu barədə Filippinin “PAGASA” meteoroloji bürosu məlumat
yayıb.




Büronun sinoptiklərinin bildirdiyinə görə, tayfun əvvəlki
marşrutunu dəyişib və hal-hazırda Okinava arxipelağının adalarına
doğru səmt alıb. Qaırğanın özü ilə gətirdiyi küləyin sürəti
saniyədə 23 metrə çatır, bəzi yerlərdə isə saniyədə 35 metrə qədər
yüksəldiyi bildirilir.

Sinoptiklər tayfunun Yaponiyada leysan yağışlara və şiddətli
küləklərə yol açağını xəbərdar edib. Yaponiya hökuməti sahilyanı
ərazilərdə yaşayan vətəndaşları açıq dənizə çıxmamağa və ayıq-sayıq
olmağa çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir