Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 61000-dən çox sərnişin daşınıb

Baş səhifə

Bakı.Trend:

Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif
istiqamətlərə 61000-dən çox sərnişin daşınıb

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar
respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və
avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və
davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində
fəaliyyət göstərib.

Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin
daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət
olunub.

Bayram ərəfəsində, bayram və qeyri-iş günlərində Bakı Beynəlxalq
Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1360 reys həyata
keçirilib, 39982 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına
çatdırılıb.




Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün
əlavə olaraq 250-dən çox reys həyata keçirilib.

Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından
müxtəlif istiqamətlərə 1477 reyslə 21193 sərnişin daşınıb.

Biletlər avtovağzalın kassalarından, eləcə də
https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə
təqdim edilib. Sərnişinlərin 45%-i biletlərini onlayn qaydada
“biletim.az” portalından əldə edib.

Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin
tələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başına
çatdırılması təmin edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir