Sabah 1679 nəfər taksi sürücüsü imtahan verəcək – DİM

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri
üçün noyabrın 13-də növbəti imtahan keçirəcək.

Trend
xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 1679 nəfər
qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi
rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə şəhər Vaqif
Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək.
İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda
və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış
olmaq imkanına malik olurlar. Nəticələr həmçinin növbəti gün DİM-in
saytına yerləşdirilir.




Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı
xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar “İmtahana
buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasının
qarşısında olmalıdırlar.

Namizədlər imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi” və
şəxsiyyət vəsiqəsininin əslini mütləq təqdim etməlidirlər.
Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında
uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və
avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ
hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın
proqramını əhatə edən 20 test tapşırığı təqdim edilir. Hər
tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar
düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal
toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və
onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim
edilir.

“Yaddaş kitabçası” ilə
buradan
tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş
edirik ki, kitabça ilə mütləq tanış olsunlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir