
Bakı. Trend:
Özbəkistan özəl sektorun ÜDM-dəki payını 2030-cu ilə qədər 60
faizə qədər artırmaq niyyətindədir.
Trend xəbər verir
ki, bu barədə Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinin Kiçik
və Orta Biznesin İnkişafına dair Dövlət Siyasətinin Təhlili,
Dəstəklənməsi və Koordinasiyası Departamentinin direktoru Timur
Xusanov ) “Asiyada Kiçik və Orta Biznesin Monitorinqi 2025” (ASM
2025) adlı hesabatının Bakıdakı təqdimatı zamanı bildirib.
“Biz hamımız mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə
məşğuluq və bu, Özbəkistan üçün xüsusi əhəmiyyət kəsb edir”,- deyə
Timur Xusanov qeyd edib.
“Bu gün ölkəmizin əhalisi təxminən 38 milyon nəfərdir və onların
əksəriyyəti gənclərdir. Kiçik və orta biznes iqtisadiyyatda əsas
rol oynayır, ÜDM-də özəl sektorun payı təxminən 54 faiz təşkil edir
və bu göstərici artmaqda davam edir”.
Onun sözlərinə görə, Özbəkistanın strateji məqsədi 2030-cu ilə
qədər ÜDM-də özəl sektorun payını 60 faizə çatdırmaqdır.
“Bu, iddialı bir hədəf və nazirliyimiz, agentliklərimiz və
müəssisələrimiz üçün ciddi bir çağırışdır. Biz artıq iki dəfə
KOB-un inkişaf strategiyasını hazırlamağa cəhd etmişik və hazırda
Asiya İnkişaf Bankı ilə əməkdaşlıq sayəsində, bizə üç ekspertin
cəlb olunduğu birgə fəaliyyət nəticəsində aydın baxış və missiyaya
malikik”, – deyə o vurğulayıb.
Xusanov əlavə edib ki, nazirlik KOB-un dəstəklənməsi üzrə dövlət
siyasətinin təkmilləşdirilməsi istiqamətində fəal işi davam
etdirəcək və bu, dayanıqlı iqtisadi artıma doğru atılmış mühüm
addım olacaq.

