Özbəkistan rəsmisi: Azərbaycanla əməkdaşlıq biznes mühitinin inkişafı üçün vacibdir

Baş səhifə

Azərbaycanla əməkdaşlıq biznes mühitinin inkişafı üçün vacibdir.

APA-Economics” xəbər verir ki, Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı sahəsində dövlət siyasətinin analitik dəstəyi və koordinasiyası departamentinin direktoru Timur Xusanov Bakıda keçirilən Asiya İnkişaf Bankının “Asia Small and Medium-Sized Enterprise Monitor 2025” (ASM 2025 – Asiya Mikro, Kiçik və Orta Müəssisələr Monitoru 2025) hesabatının təqdimatında deyib.

O, çıxışında Özbəkistan üçün infrastrukturun inkişafı və regional əlaqəliliyin, o cümlədən Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb:

“Özbəkistan üçün əlaqəlilik çox vacibdir — bu, yol xəritələri, dəmir yolları və avtomobil yolları layihələrini, həmçinin Azərbaycanla əməkdaşlığı əhatə edir. Bizim əsas məqsədimiz biznes üçün keyfiyyətli infrastrukturun təmin olunmasıdır.”
Timur Xusanov əlavə edib ki, Özbəkistanda kiçik və orta müəssisələrin (KOB-ların) inkişafının əsas amillərindən biri sabit iqtisadi artım və infrastrukturun möhkəmlənməsidir. Onun sözlərinə görə, ölkədə ÜDM-in illik artımı 6 faizdən çoxdur və bu, sahibkarlıq üçün dayanıqlı mühit yaradır.

O, həmçinin qeyd edib ki, Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT – World Trade Organization, WTO) üzvlüyü ölkəyə xarici bazarlara çıxış imkanı yaradacaq və iqtisadi inteqrasiyanı gücləndirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir