İki “Oskar” laureatı süni intellekti səsləndirəcək

Baş səhifə

Bakı. Trend:

Süni intellekt tətbiqlərində məşhur Hollivud ulduzlarının səsini
eşitsəniz təəcüblənməyin. Belə ki, ən iri süni intellekt
tərtibatçılarından olan “ElevenLabs” şirkəti pullu tətbiqlərində
botların səsləndirilməsində “Oskar” mükafatçıları Metyu Makkonahi
və Maykl Keynin lisenziyalı sintentik səsindən istifadə olunması
barədə onlarla müvafiq müqavilə bağlayıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Şirkət San-Fransiskoda “Iconic Voice Marketplace” adlı
platformasını istifadəyə verib. Bu platforma brendlərə və
yaradıcılara məşhur və tarixi şəxslərin səslərindən etik və
lisenziyalı şəkildə istifadə etmək imkanı yaradır.

Bu təşəbbüs süni intellekt əsaslı səs texnologiyalarının
məsuliyyətli istifadəsi üçün yeni standartlar müəyyən etməyi, o
cümlədən açıq razılıq, şəffaflıq və bütün hüquq sahiblərinə
ədalətli ödəniş prinsiplərini təmin etməyi hədəfləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir