
Bakı. Trend:
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk
oyununa çıxacaq.
Trend xəbər
verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində
Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə
qarşılaşacaq.
“Centenary” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat
17:30-da başlanacaq. Qarşılaşmanı Finlandiya və Maltadan olan
hakimlər briqadası idarə edəcək.
12 noyabr
17:30. Çexiya (U-19) – Azərbaycan (U-19)
Baş hakim: Oliver Reitala (Finlandiya)
“Centenary” stadionu, Ta Qali.

