Paşinyan göstəriş verdi – Sarkisyanın məktubundan məxfilik götürülür

Baş səhifə

Baş nazir Nikol Paşinyanın tapşırığı ilə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın məktubunun məxfiliyinin açılması prosesinə başlanılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, məktub ona deyil, başqa bir ölkənin liderinə ünvanlanıb.

Paşinyanın sözlərinə görə, proses davam edir və məqsəd sənədin məzmununu ictimaiyyətə təqdim etmək, açıq və şəffaf məlumat verməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir