Deputat idman sahəsinə dəstəyin artırılmasını təklif edib

Baş səhifə

“İdman sahəsinə gələcəkdə dövlət büdcəsində dəstək alətlərinin sayının artırılması nəzərdə tutulmalıdır”.

APA xəbər verir ki, bunu deputat Vüqar İskəndərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, idmanla bağlı ölkəmizdə Prezidentin rəhbəriliyi altında kifayət qədər böyük işlər görülür və bu gün Azərbaycan idman ölkəsi kimi tanınır:

“Bu, çox vacibdir. Məsələn, “Qarabağ” futbol klubunun son vaxtlardakı qələbələri ilə Azərbaycan və hətta Ağdam şəhərinə olan axtarışların sayı dünyada 10 dəfə artıb. Yəni bir klub bir ölkənin tanıdılması üçün nə qədər müsbət işlər görür və bu mənada idmana, bədən tərbiyəsinə, ölkənin dünyada tanıdılması üçün böyük işlər görür. Bu, çox vacib məsələdir və düşünürük ki, gələcəkdə dövlət büdcəsində dəstək alətlərinin sayının artırılması nəzərdə tutulmalıdır”.

O qeyd edib ki, sponsorlarla bağlı güzəşt məsələsi hələ də danışılır: “Gələcəkdə idmana dövlət maliyyəsinin ayrılması əvəzinə, sponsorlar, hər hansı güzəştlərin forması tapılmalıdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir