Türkiyəyə məxsus hərbi təyyarədə həlak olan 20 hərbçidən 19-nun nəşi tapılıb (YENİLƏNİB)

Baş səhifə

Bakı.Trend:

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava
Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsində həlak olan 20
hərbçidən daha birinin nəşi aşkarlanıb.

Trend xəbər
verir ki, bu barədə məlumatı bölgədə olan “A Haber” telekanalının
müxbiri yayıb.

Qeyd edək ki, indiyədək ümumilikdə 19 hərbçinin nəşi tapılıb,
sonuncu heyət üzvünün axtarışları isə hələ də davam edir.

xxx

13:23




Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C-130 tipli hərbi
yük təyyarəsində həlak olan 20 hərbçidən 18-nin nəşi tapılıb.

Trend xəbər
verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze
jurnalistlərə açıqlama verib.

Nazirin sözlərinə görə, digər iki hərbçinin nəşinin axtarışları
hələ də davam etdirilir. Hadisə yerində xilasedicilər və müvafiq
xidmətlər tərəfindən intensiv axtarış-xilasetmə işləri
aparılır.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə
məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan
27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya
uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət
üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir