Sabah Ağstafa və Qazaxın bəzi ərazilərində qaz kəsiləcək

Baş səhifə

Bakı.Trend:

Şəmkir RQİİ-nin Ağstafa XS-in Ağstafa QPS-dan qidalanan Yenigün
kəndində payız-qış mövsümünə hazırlıqla əlaqədar quraşdırılmış 2
ədəd ŞQTM tipli qaz təbzimləyicisinin şəbəkəyə qoşulması ilə
əlaqədar olaraq kəndin (368 abonent) 13.11.2025 -ci il saat
10:00-dan işlər başa çatanadək qaz təchizatının daxildən
dayandırılacaqdır.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.




Həmçinin bildirilib ki, Şəmkir RQİİ-nin Qazax XS-in Əskipara
QPS-da ““Əhali“ kollektordan qidalanan d159 mm-lik orta təzyiqli
qaz xəttinin üzərində RDO-150 mm-lik tipli qaz tənzimləyicinin
quraşdırılması ilə əlaqədar olaraq “Əskipara Əhali” ölçü
qovşağından qidalanan (Qazax şəhərinin bir hissəsi və 17 kənd 16413
abonent) 13.11.2025-ci tarixdən saat 10:00-dan işlər başa çatanadək
Əskipara QPS-da “Əskipara Əhali” ölçü qovşağında qaz təchizatı
dayandırılacaqdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir