Uşaqda nitq qüsurluğu varsa, valideyn nə etməlidir? – SN

Baş səhifə

Bakı. Trend:

Nitqin yaşa uyğun inkişaf etmədiyinin əlamətlərini görsəniz,
möcüzə gözləməyin dərhal mütəxəssislərlə müraciət edin.

Trend
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi
Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova səsləndirib.

Onun sözlərinə görə, bir çox valideynlər bəzən kənar təzyiqlərə
məruz qalırlar:




“Mənim nəvəm, qardaşım oğlum və s. 5 yaşında tam cümlələrlə
danışmağa başladı”, deyən qohumlara, qonşulara və dostlara qulaq
asmayın. Mütəxəssislərin vaxtında müdaxiləsi olmasa, nitq qüsurları
aradan qaldırılmasa və ya geciksə, problemlər məktəb illərində, ən
ağır hallarda isə həyat boyu davam edə bilər”.

A.Ələkbərova bildirib ki, nitq təfəkkürün və sosial bacarıqların
inkişafı üçün önəmli rol oynayır:

“Uşaq nə qədər böyüklər və həmyaşıdları ilə tam ünsiyyət
qurmasa, onun nitq əlliyinin inkişafdan qalması qabarıq müşahidə
olunacaq. Zaman keçdikcə nitqdə rast gəlinən problemləri təkcə
şifahi nitqdə yox, həmçinin yazılı nitqdə, yəni öyrənmə, oxuma,
yazma və yeni informasiyaların analiz və differensasiyası kimi
bacarıqlarda çətinliklərə səbəb olması müşahidə olunacaq.
Valideynlər ən çox erkən dövrdə körpənin inkişafına diqqət
yetirməlidirlər. 0-1 yaş dövründə körpə az səslər çıxararsa,
səs-küyünü hiss etməzsə, qığıldama təqlidi olmazsa, monoton və
nadir səslər çıxararsa, 1-3 yaş arası ətrafdakı səslərə və ya nitqə
reaksiya verməzsə, müraciət olunan nitqi anlamazsa, söz ehtiyatını
artırmazsa, mövcud söz ethiyatını məqsədli şəkildə istifadə
etmirsə, sadədən mürəkkəbə doğru cümlələr qurmazsa, hər yaşa uyğun
səsləri düzgün tələffüz etməzsə, mütəxəssislərə müraciət məsləhət
görülür. Erkən müdaxilə korreksiya işin effektivliyini
dəstəkləyir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir